İtaliyanın “Napoli” klubu ciddi maliyyə problemi yaşayır.

Offsideplus.az xəbər verir ki, A seriyası təmsilçisi mövsüm başlayandan heç kimə əməkhaqqı ödəməyib. Məhz bu səbəbdən komanda daxilində gərginlik yaşanır. Hətta bəzi oyunçular baş məşqçi Cennaro Qattuzonun tapşırıqlarına məhəl qoymurlar.

Qeyd edək ki, “Napoli” 8 turda topladığı 14 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb.