"Yuventus" növbəti itki ilə üzləşib.

Offsideplus.az klub saytına istinadən xəbər verir ki, Türkiyə millisinin istedadlı müdafiəçisi Melih Demiralın sağ ayağının əzələsində darılma aşkarlanıb. Odur ki, Melih qarşıdakı 10 gündə komandasına kömək edə bilməyəcək. Bu isə Turin təmsilçisi üçün ciddi itkidir. Çünki digər müdafiəçilər Giorgi Kyellini ilə Mattiys De Ligt də zədədən əziyyət çəkir.

Qeyd edək ki, "Yuventus" qarşıdakı 10 gündə Çempionlar Liqasında "Ferentsvaroş" və Kiyev "Dinamo"su, İtaliya çempionatında isə "Benevento" ilə qarşılaşacaq.