"Milan"ın hücumçusu Zlatan İbrahimoviç A seriyasının 8 matçında ardıcıl qol vuran ilk futbolçu olub.

Offsideplus.az xəbər verir ki, hücumçu A seriyasının növbəti turunun matçında "Napoli" ilə oyunun 20-ci dəqiqəsində fərqlənib. İbrahimoviç "Milan" tarixində A seriyasının səkkiz matçında ardıcıl qol vuran ilk futbolçu olub.

İbrahimoviç 9 qolla A seriyasının cari mövsümündə bombardirlər siyahısına başçılıq edir.
Qarşılaşma "Milan"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Milan" yeddi turdan sonra 17 xalla İtaliya çempionatının yarış cədvəlində birinci pillədədir.