Andrey Şevçenkonun ardından daha bir ukraynalı futbolçu "Milan"da peyda ola bilər.

"Şəhərlilər" Vladislav Supryaqanı heyətində görmək istəyir. 

Offsideplus.az "Calcio Mercato"ya istinadla xəbər verir ki, İtaliya nəhəngi Supryaqaya görə Kiyev "Dinamo"suna 7 milyon avro ödəməyə hazırdır. Hətta bunun üçün "güzəşt paketi" də hazırlayıblar. Belə ki, 7 milyon avro bu ilin sonunda "Dinamo"nun hesabına köçürülür, futbolçu isə "Milan"la müqaviləni yayda bağlayır. 

Cari Ukrayna çempionatında 7 oyunda 2 dəfə fərqlənib, 2 qol ötürməsi verən hücumçunun "Milan"a keçidində Şevçenkonun da rolunun olması istisna deyil.