“Yuventus” Paulo Dibala ilə müqaviləni yeniləməklə bağlı apardığı danışıqları dayandırıb.

Offsideplus.az xəbər verir ki, tərəflər yeni müqavilənin bir neçə bəndində razılığa gələ bilməyib.

Bundan əlavə, 27 yaşlı hücumçu ilə “Çelsi”ni yaxından maraqlandığı bildirilib.

Argentinalı oyunçunun Turin klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayında başa çatır.

Xatırladaq ki, Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir.