Kriştiano Ronaldonun koronavirus testinin nəticəsinin ikinci dəfə pozitiv çıxdığı şayiələri gəzsə də, ulduz futbolçunun "Barselona" ilə matçda iştirak edəcəyi ilə bağlı ümidləri var.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı oyunçu Çempionlar Liqasının qrup mərhələsində baş tutacaq "Yuventus" - "Barselona" matçında oynaya bilər. Belə ki, Ronaldo matçdan 24 saat əvvəl koronavirus testinin nəticəsi neqativ olarsa, oyuna çıxacaq. 

Xatırladaq ki, "Yuventus"un hücumçusu 13 oktyabrda koronavira yoluxmuşdu.