“Yuventus”un futbolçusu Ueston Makkenni koronavirusdan sağalıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı amerikalı futbolçunun son koronavirus testinin nəticəsi mənfi olub.

“Yuventus”da Kriştiano Ronaldo da koronavirusa yoluxub. Portuqaliyalı hücumçunun ikinci testi də müsbət çıxdığından karantin şəraitində müalicəsinə davam edir.