“Milan”ın türk yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Seltik"lə matç öncəsi məşq zamanı zədə alıb. Onun təxminən 7-10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Hakan Şotlandiya təmsilçisi ilə görüşü, həmçinin A seriyasında "Roma" və "Udineze" ilə qarşılaşmaları buraxacaq.
Qeyd edək ki, bu gün keçiriləcək "Seltik" - "Milan" oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.