İsveçli hücumçu Zlatan İbrahimoviç "Milan"da qalacaq.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu komandada qalmaq arzusunda olduğunu bildirib. 

"Milan"a 2020-ci ilin yanvarında keçən İbrahimoviçin klubla mövcud müqaviləsi avqustun sonuna qədərdir.

Qeyd edək ki, hücumçu A Seriyada iştirak etdiyi 19 matçda 10 qol vurub, 5 məhsuldar ötürmə verib.