“Fiorentina” klubu baş məşqçisi Cüzeppe Yakini ilə müqaviləsini uzadıb.

Offsideplus.az xəbər verir ki, tərəflər arasındakı yeni müqavilənin müddəti 2020/21 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Yakini 2019-cu ilin dekabrından “Fiorentina”nın "sükanı" arxasındadır.