"Yuventus" klubu argentinalı futbolçusu Paulo Dibala ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, Turin klubu argentinalı hücumçudan razıdır. "Yuventus"un 26 yaşlı oyunçu üçün bonuslarla birgə illik 12 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Dibala bu mövsüm A seriyasında 28 oyunda 11 qol vurub.