Kriştiano Ronaldo "Yuventus"u tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu ilə 2 klub yaxından maraqlanır.

Fransa təmsilçisi PSG və İngiltərə klubu "Mançester Yunayted" Ronaldonu heyətinə qatmaqda maraqlıdırlar. Hər iki komanda yay transfer pəncərəsində futbolçunun transferi üçün hərəkətə keçəcəklər.

Qeyd edək ki, Kriştiano Ronaldo "Yuventus"la 2022-ci ilin iyuluna qədər müqavilə imzalayıb.