"Yuventus"un prezidenti Andrea Aqnelli Pep Qvardiolanın komandasının baş məşqçisi olması ehtimalını dəyərləndirib.

 Offsideplus.az xəbər verir ki, "Radio24"ə açıqlama verən italiyalı mütəxəssis hazırkı məşqçiləri Sarridən razı qaldıqlarını bildirib:

"Pep Qvardiolanı istəməmək axmaqlıqdır. Lakin profesional kimi davranmaq lazımdır. O, öz komandasında xoşbəxtdirsə, ispaniyalını oradan ayırmaq çox zor. Biz də Sarri ilə xoşbəxtik. Planladığımız işlərin inkişafını təmin etmək istəyirik. Mövsümün ilk yarısı möhtəşəm idi. Liqada liderik, Çempionlar Liqasında növbəti mərhələyə birinci olaraq vəsiqə qazandıq. Mövsümün sonuna kimi daha da inkişaf edəcəyik. Fevralda çempion olmağı düşünmək axmaqlıdır".