“Latsio” klubu  "Çelsi"nin fransalı hücumçusu Olivier Jirunu transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, İtaliya təmsilçisi 33 yaşlı hücumçu ilə danışıqlara başlayıb. Futbolçunun "Çelsi" ilə müqaviləsi 2020-ci ilin sonunda başa çatacaq. Yayda azad agent olacaq oyunçu artıq bir neçə klubun da maraq dairəsindədir.

Jiru isə bu gün verdiyi açıqlamasında ancaq "Çelsi"yə fokuslandığını və klubunda qalmaq istədiyini bildirib.