“Atalanta” klubu heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, Berqamo təmsilçisi “Herakles”dən Lennart Çiborranı transfer edib.
 
20 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Niderlandın “Herakles” klubunda forma geyinən Lennart, bu mövsüm Erediviziyada 19 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.