“Milan” klubunun və Qvineya yığmasının keçmiş futbolçusu Kevin Konstant karyerasını bitirib.

Offsideplus.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.

Kevin, bu qərarının şəxsi həyatı ilə bağlı olduğunu deyib.

Qvineya yığmasında 25 oyuna çıxmış yarımmüdafiəçi 4 qol vurub.