"Yuventus”un futbolçusu Adrien Rabyonun anası və agenti Veronika Rabyo Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrayeni yalançı adlandırıb. 
Offsideplus.az xəbər verir ki, federasiya prezidenti bir müddət əvvəl mətbuata açıqlamasında bildirmişdi ki, Adrien yığma komandada oynamaqdan imtina edib. O, futbolçu ilə görüşmək istədiyini, amma rədd cavabı aldığını da bildirmişdi. Rabonun anası onu yalan danışmaqda ittiham edib: 
"Mənim oğlum Fransa yığmasında oynamaqdan heç vaxt imtina etməyib. Le Qraye də ona görüşmək təklif etməyib. Onun dedikləri yalandır. Mənim onunla heç vaxt kontaktım olmayıb. O, yalançıdır. Hansı futbolçu Fransa yığmasında oynamaq istəməz?”.