Türkiyə millisinin və "Yuventus"un futbolçusu Merih Demiral əməliyyat olunub.

Offsideplus.az Turin klubunun saytına istinadla xəbər verir ki, 21 yaşlı müdafiəçi sol dizinin çarpaz bağı qopduğu üçün təxminən 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə mövsümü başa vuran Merihin AVRO-2020-ni də buraxacağı anlamına gəlir.

Qeyd edək ki, Merih Demiral A seriyasının XIX turunda “Roma” ilə görüşün (2:1) birinci hissəsində zədələnib.