İtaliya A seriyasının XIX turunda  "Yuventus" səfərdə "Roma" üzərində qələbəsi qazanıb - 2:1.

Offsideplus.az xəbər verir ki, "Yuventus"un ikinci qolunun müəllifi olan Kriştiano Ronaldo isə qollarının sayını 14-ə çatdırıb. Bununla portuqaliyalı superulduz ardıcıl ikinci mövsüm İtaliya çempionatında ilk dövrədən sonra minimum 14 qol vurmağı bacarıb. Bu Turin klubunun tarixində ikinci göstəricisinə imza atıb. "Qoca sinyora"da rekord ardıcıl 3 mövsüm (1950-51, 1951-52, 1952-53) fərqlənən Yon Hansenə məxsusdur.