İtaliya A Seriyasının 19-cu turun "Yuventus" səfərdə "Roma"ya qalib gəlib - 1:2.

Offsideplus.az xəbər verir ki, oyunun 3-cü dəqiqəsində gözəl qolla hesabı açan "Yuventus"un türk futbolçusu Merih Demiral 19-cu dəqiqədə zədələnərək meydanı tərk edib. 

Stadiondan qoltuq ağacı ilə ayrılan futbolçunun durumu ilə bağlı ilkin açıqlama verilib. Həkimlər türk futbolçuya sol diz bağının zədələnməsi diaqnozunu qoyublar.

"Yuventus"un baş məşqçisi Maurisio Sarri Merihin zədəsinin ciddi ola biləcəyini bildirib: "Təəssüf ki, Merih Demiralın zədəsi ciddi görünür. Çox, çox üzgünəm. Testlərdən sonra meydandan nə qədər kənarda qalacağı dəqiqləşəcək".