İtaliyanın “Breşiya” klubu baş məşqçisi Fabio Qrosso ilə yolları ayırmaq qərarına gəlib.

.Offsideplus.azOffsideplus.az xəbər verir ki, noyabrın 4-də baş məşqçi təyin olunan İtaliya yığmasının keçmiş üzvü uğursuz nəticələrə görə göndərilib.

Artıq “Breşiya”nın yeni baş məşqçisi də məlumdur. Klub rəhbərliyi komandanın sabiq çalışdırıcısı Eugenio Korini ilə razılıq əldə edib.

 

Qeyd edək ki, “Breşiya” hazırda 13 oyuna topladığı 7 xalla sonuncu pillədə qərarlaşıb.