"Yuventus" futbol komandasının hücumçusu Kriştiano Ronaldo İtaliya çempionatının başa çatmış mövsümünün "ən yaxşı oyunçu"su seçilib.

Offsideplus.az xəbər verir ki, "Galà del Calcio-2019 Gran" mükafatlarının verilməsi mərasimində ən yüksək mükafat portuqaliyalı futbolçuya təqdim edilib.

Ronaldu ötən mövsümün 31 matçında iştirak edib. O, bu oyunlarda 21 qol vurub, 8 məhsuldar ötürmə edib. 

İtaliya mövsümünün ən yaxşı komandası turnir cədvəlində üçüncü yer tutmuş "Atalanta" seçilib. Komandanın baş məşqçisi "ən yaxşı məşqçi" mükafatına layiq görülüb.

"Yuventus"un hücumçusu dünən iştirak etmədiyi "Qızıl top"un təqdimatı mərasimində üçüncü olub.