“Yuventus” klubu müdafiəçisi Leonardo Bonuççi ilə müqavilənin müddətini uzatmağa qərar verib.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin yayınadək artırılıb.

Bonuççi 2010-cu ildən “Yuventus”da çıxış edir. O, bu komandanın heyətində indiyə qədər 376 oyuna çıxıb.