Türk futbolçu Merih Demiralı heyətinə qatmaq istəyən klubların sayı artır.

Offsideplus.az xəbər verir ki, bu yayda İtalyan klubu "Yuventus"a transfer olunan Merih, indi də ingilis nəhəngi "Arsenal"in radarındadır.

İngiltərə mətbuatının yazdığına görə "Arsenal"ın gənc oyunçunu heyətinə qatmaq üçün "Yuventus" 34 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirib.  "Arsenal" skautlarının Türkiyə millsinin İslandiya ilə oyunu izləyəcəyi bildirilir. 

21 yaşlı futbolçu bu mövsüm "Yuventus"un heyətində 1 rəsmi oyunda iştirak edib.

Merih yayda "Sassuolo"dan 18 milyon avroya "Yuventus"a transfer olunub.