İtaliya yığmasının və “Milan”ın sabiq futbolçusu Rikkardo Montolivo karyerasını nöqtələyib.

Offsideplus.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi İtaliya mətbuatına açıqlamasında deyib. Montolivo, futboldan getdiyini bildirib:

“Bu andan etibarən futbolu biritirəm. Ailəmlə birlikdə Milanda yaşamağa davam edəcəm. Bundan sonra nə edəcəyimi bilmirəm. “Milan” məni karyeramı bitirməyə vadar etdi. 7 ildən sonra azarkeşlərlə vidalaşa bilmədim”.

2012-ci ildən “Milan”da forma geyinən Montolivo, 2018/19 mövsümündə heç bir rəsmi qarşılaşmada iştirak etməyib. Onun “qırmızı-qaralar”la müqaviləsi 2019-cu ilin yayında bitmişdi və o gündən işsiz idi.