"Yuventus" hücumçusu Qonzalo İquaini komandada saxlamağa qərar verib.
Offsideplus.az xəbər verir ki, bunu klubun idman direktoru Fabio Paratiçi deyib.
O, argentinalı forvardla yeni müqavilə bağlamağa hazırlaşdıqlarını söyləyib: "İquain çox yaxşı oynayır. Məncə, o, dünyanın ən yaxşı üç mərkəz hücumçusundan biridir. Ondan gözlədiyimizi edir, əla oyunçudur".
Qeyd edək ki, Qonzalo İquainin "Yuventus"la hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.