İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio De Laurentis əsas komandanın futbolçularını bu həftənin sonuna qədər bazaya qapadıb.

Offsideplus.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, 70 yaşlı funksioner Neapol təmsilçisinin son 3 matçda qalib gələ bilməməsinə görə bu addımı atıb. De Laurentis qərarını bu cür şərh edib: “Bu, cəza deyil, oyunçuların bir-birilərini yaxından tanımaqları üçün fürsətdir”.

Komandanın baş məşqçisi Karlo Ançelotti isə prezidentin qərarı ilə razı olmadığını söyləyib: “Klubun verdiyi qərarla razı deyiləm. Ancaq məşqçi məşqçi olaraq qalmalıdır. Bu, klubun verdiyi qərardır”.

Qeyd edək ki, Çempionlar Liqasında 7 xalla E qrupunun lider olan “Napoli” bu gün IV turda Avstriya təmsilçisi “Zaltsburq”u qəbul edəcək. A Seriyasında 18 xalla 7-ci sırada qərarlaşan neapollular noyabrın 9-da XII tur çərçivəsində evdə “Cenoa” ilə qarşılaşacaq.