İtaliyanın "İnter" klubu 5 min avro cərimələnib. 

Offsideplus.az xəbər verir ki, buna səbəb İtaliya çempionatının 10-cu turunda "Breşiya"ya (2:1) qarşıoyunda "nerazzura" fanatlarının Mario Balotellini təhqir etməsidir.

Breşiyada keçirilən görüşdə "İnter" azarkeşləri ilk dəqiqələrdən sabiq forvardlarını təhqir ediblər. İtaliyalı forvard özü də azarkeşlərin ona qarşı olan davranışından narazı qalıb. Hətta bir epizodda "nerazzura" azarkeşlərinə orta barmaq göstərib.