“Milan”ın keçmiş sahibi Silvio Berluskoni komandanın əvvəlki şöhrətini qaytarmağın yolunu göstərib.

Offsideplus.az xəbər verir ki, Berluskoni "Milan"ı yenidən ona qaytarmağın vacib olduğunu bildirib:

“Elə şeylər var ki, onu yalnız tualetə girib qapını arxadan bağladıqdan sonra deyə bilərsən. “Milan”ın yenidən böyük kluba neçə çevirmək olar?

Bunun çox sadə, həm də çətin yolu var. Komandanı Silvo Berluskoniyə qaytarmaq”.

Berluskoni 1986-2016-cı illərdə “Milan”ın sahibi olub. Klub onun rəhbərliyi altında 8 dəfə İtaliya çempionu olub, 3 dəfə Çempionlar Liqasını qazanıb. Hazırda klubun səhmləri “Elliott Management” kompaniyasına məxsusdur.