İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Nemanya Matiç karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” 31 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Futbolçu üçün təklif hazırlayan Milan klubu, yanvar ayında “qırmızı şeytanlar”la danışıqlara başlamağı planlaşdırır. Mançester təmsilçisinin də cari mövsümün sonunda müqaviləsi bitəcək futbolçunu müəyyən məbləğ müqabilində satmağa razı olduğu bildirilir.

2017-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyan serbiyalı futbolçu, cari mövsümdə bütün turnirlər daxil olmaqla 5 oyunda iştirak edib.