“Sampdoriya” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi yarımmüdafiəçi Andrea Bertolaççini transfer edib.

28 yaşlı italiyalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Bertolaççinin son klubu “Milan” olub. O, yayda milanlılarla yollarını ayırandan bəri azad agent statusu daşıyırdı.