“Yuventus” klubunun yeni transferi Aaron Remsi komanda yoldaşı Kriştiano Ronaldo barədə fikirlərini açıqlayıb.

BBC-yə müsahibəsində o deyib:

“O, digərlər kimi çox qonaqpərvərdir. “Yuventus”a keçəndə bunu gördüm. Əlbəttə, Ronaldo böyük oyunçudur, amma həyatda sadə oğlandır. O, dərhal buzu əridir və istilik yaradır. “Yuvenеus”da əsl ailə mühiti var. Hamı yalnız bir şey istəyir: qələbə qazanaraq titullara sahib çıxmaq”.