"İnter"in hücumçusu Romelu Lukaku zədəsini sağaldıb.

Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, Belçika millisinin üzvü artıq kollektivə qoşulub.

Zədə ucbatından Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Barselona" ilə səfər matçını (1:2) buraxan forvard komanda ilə birlikdə məşqlərdə iştirak edir. Həkimlər ulduz futbolçunun həftəsonu A seriyasının VII turu çərçivəsində "Yuventus"la görüşdə iştirakının problem yaratmayacağını vurğulayıb.

Qeyd edək ki, "İnter" - "Yuventus" oyunu oktyabrın 6-da keçiriləcək.