İtaliya millisinin sabiq futbolçusu Klaudio Markizio karyerasını başa vurur.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi qərarını sabah "Yuventus"a məxsus “Alyans Stadium”da rəsmən açıqlayacaq. Onun səhhəti ilə bağlı belə qərar verdiyi bildirilir.

Qeyd edək ki, “Yuventus”un yetirməsi olan Markizio 25 ilini Turin klubunda keçirib. Yeddi dəfə İtaliya çempionu olan Markizio 3 dəfə ölkə kuboku, 4 dəfə Superkubokunu qazanıb.