“Roma” klubunun futbolçusu Lorenso Pelleqrini sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, İtaliya A Seriyasının 6-cı turunun “Leççe” ilə oyununda zədələnən yarımmüdafiəçi əməliyyat olunub. Pelleqrininin ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm A Seriyasında 6 oyunda meydana çıxıb və 4 qol ötürməsi edib.