"Yuventus" klubu "Barselona"nın futolçusu İvan Rakitiçlə danışıqları davam etdirir. 

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi artıq xorvatiyalı yarımmüdafiəçi ilə razılıq əldə edib. Ancaq transfer pəncərəsi bağlandığından bu keçidin qışda baş tutacağı ehtimal edilir.

İspaniya mətbuatı Rakitiçin "Barselona"da onun mövqeyində böyük rəqabət olduğundan Kataloniya klubunu tərk etmək istədiyini yazıb.

Qeyd edək ki, 2014-cü ildən "Barsa"da çıxış edən 31 yaşlı futbolçu bu mövsüm 1 oyuna çıxıb.