21 gün əvvəl "Atalanta" ilə müqavilə imzalayan slovakiyalı müdafiəçi Martin Şkrtel komandadan ayrılıb.

Offsideplus.az xəbər verir ki, Berqamo təmsilçisi 34 yaşlı futbolçunun müqaviləsini qarşılıqlı razılaşma ilə ləğv edib.

Futbolçunun fiziki cəhətdən hazırlığı məşqçilər korpusunu qane etmədiyi üçün belə addım atılıb.

"Atalanta" "Fənərbağça" ilə müqaviləsi bitən futbolçu ilə 1 illik müqavilə imzalamışdı. Şkrtel yeni klubunda debüt etməyib.