Fernando Lyorente “Tottenhem”dən ayrılıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi ilə müqavilə müddəti  başa çatan 34 yaşlı hücumçu ilə sözləşmə yenilənməyib. 

İspaniyalı forvard karyerasını “Napoli”də davam etdirəcək. Neapol təmsilçisi onunla müqavilə imzalandığını açıqlayıb. Ancaq sözləşmənin müddəti və digər detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Lyorente ötən mövsüm “Tottenhem”in heyətində 36 matçda 2 qol vurub.