“Roma” daha bir futbolçusu ilə müqavilə yeniləyib. 
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ilə argentinalı müdafiəçisi Federiko Fasio arasında yeni 2 illik saziş imzalanıb.
Qeyd edək ki, “Roma” son bir həftədə Cengiz Ündər, Nikolo Zaniolo və Edin Ceko ilə də yeni müqavilə imzalayıb.