Türkiyənin “Gənclərbirliyi” klubunun futbolçusu Mərt Çətin "Roma"ya keçməyə yaxındır.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi paytaxt klubu ilə anlaşıb. Mərtin bugünlərdə tibbi müayinədən keçmək üçün Romaya gedəcəyi bildirilir.

Xatırladaq ki, “Roma”da Türkiyə millisinin üzvü Cengiz Ündər də çıxış edir.