"Yuventus" klubunun iki futbolçusu karyerasını Fransada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, müdafiəçi Daniel Ruqani və yarımmüdafiəçi Blez Matuidi "Monako"nun maraq dairəsindədi.

"Roma"nın icarəyə götürmək istədiyi Ruqani üçün "Monako" 35 milyon avro təklif edib. Həmçinin klubunu dəyişməyi düşünən Matuidi ilə danışıqlar da davam edir.

Qeyd edək ki, Blez Matuidi "Yuventus"a gəlməzdən əvvəl ölkəsi Fransada "Trua", "Sent-Etyenn" və PSJ-də çıxış edib.