"İnter"in hücumçusu Mauro İkardi "Yuventus"un formasını geyinməyə hazırlaşır.

Argentinalı forvard Turin klubu ilə şəxsi razılıq əldə edib.

"Napoli", "Roma" və "Monako"ya "yox" cavabını verən Argentina millisinin üzvü "qoca sinyora" ilə 5 illik müqaviləni razılaşdırıb. Anlaşmaya əsasən, İkardinin yeni komandasında illik məvacibi 8 miloyn avro olacaq.

"Yuve" Paulo Dibala və Mario Mandzukiçi satdıqdan sonra bu transferi rəsmən açıqlamağı planlaşdırır.