“Mançester Yunayted” klubunun belçikalı futbolçusu Romelu Lukakunun “İnter”ə keçidi rəsmiləşib. 

Offsideplus.az xəbər verir ki, 26 yaşlı forvardla 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.

“İnter” belçikalı hücumçunun keçidi üçün qarşı tərəfə 65 milyon avro ödəyib. Bu, klub tarixinin ən bahalı transferidir.