“Yuventus” klubuna keçəcəyi gözlənilən “Mançester Siti”nin futbolçusu Danilo artıq Turin şəhərindədir. 

Offsideplus.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Braziliyalı müdafiəçinin bugünlərdə tibbi müayinədən keçəcəyi ardınca onunla müqavilə imzalanacağı bildirilib.

İki klub arasında razılığa əsasən, “MS” “Yuventus”dan aldığı Joao Kanselunun qarşılığında Danilonu Turin klubuna verib. Bundan başqa, “şəhərlilər” "Yuventus"a 28 milyon avro təzminat da ödəyəcək.