İtaliyanın “Milan” klubu daha bir əfsanəvi futbolçusunu işlə təmin edib.
Offsideplus.az xəbər verir ki, sözügedən klubun sabiq qapıçısı Dida bundan sonra “Milan”da gənc qapıçılarla çalışacaq.
Braziliyalı mütəxəssisin U-17-də qapıçılarla iş üzrə məşqçi kimi fəaliyyət göstərəcəyi diqqətə çatdırılıb.
Dida 2000-2010-cu illər aralığında “Milan”ın uğurları üçün çalışıb. Braziliya millisinin sabiq qolkiperi karyerasını 2015-ci ildə başa vurub.