“Milan” klubu heyətinə yeni oyunçu cəlb edib. 

Offsideplus.az xəbər verir ki, “rassonyerlər” “Lill”dən Rafael Lealunu alıb. 20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Fransa mətbuatı “Milan”ın bu transfer üşün 35 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, Rafael ötən mövsüm Fransa Liqasında 24 oyuna 8 qol vurub, 3 məhsuldar ötürmə edib.