"Napoli" klubu hücumçusu Simone Verdi ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, İtaliya yığmasının üzvü karyerasını yenə A seriyasında davam etdirəcək.

27 yaşlı hücumçu "Torino" ilə anlaşıb. Turinlilər həm futbolçunun özü, həm də klubu ilə hərtərəfli razılığa gəlib. Bu keçid "Napoli"yə 22 milyon avro qazandıracaq. Transfer tezliklə rəsmən açıqlanacaq.