"Yuventus" klubunun yarımmüdafiəçisi Blez Matuidi İngiltərəyə gedə bilər.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" 32 yaşlı futbolçunun keçidində maraqlıdır.

Premyer Liqa nəhəngi bu keçid üçün italyanlarla danışıqlara başlayıb. Fransa millisinin üzvü özü də bu transferə müsbət yanaşır.

Qeyd edək ki, 2017-ci ildən "Yuventus"da çıxış edən Blez Matuidi ötən mövsüm bütün turnirlərdə 42 oyunda iştirak edib, 3 qola imza atıb.