"Roma" klubu heyətini gücləndirib. 

Offsideplus.az xəbər verir ki, "canavarlar" "Fiorentina"dan Cordan Veryetunu icarəyə götürüb. Paytaxt təmsilçisi fransalı yarımmüdafiəçinin 1 illik icarəsi üçün qarşı tərəfə 1milyon avro ödəyib. "Roma" mövsümün sonunda 16 milyon avro qarşılığında 26 yaşlı futbolçunu birdəfəlik transfer edə də bilər.

Qeyd edək ki, Veryetu ilə "Napoli" də yaxından maraqlanırdı.