"İnter"in hücumçusu Mauro İkardi daha bir İtaliya klubundan təklif alıb.

Offsideplus.az xəbər verir ki, "Yuventus"dan sonra "Napoli" də argentinalı forvarda "elçi düşüb".

Neapol təmsilçisi futbolçunun hazırkı durumunu müəyyənləşdirmək üçün qarşı tərəflə danışıqlara başlayıb. "Napoli" bu transfer müqabilində  60 milyon avro ödəməyə hazırdı. Klub futbolçunun özünə isə illik 10 milyon avro maaş təklif edib.

Qeyd edək ki, "Yuventus"un İkardiyə təklifi illik 8 milyon avrodur.